Ana səhifə
İnformasiya
Tarixçəmiz
Fəxrlərimiz
Şəhidlərimiz
Fotoguşə
Arzu-İstəklər
 
 
   
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın.
 
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev
 
İmişli, Şəhidlərimiz

MİLLİ QƏHRƏMANIMIZ — İmamverdi Əliyev
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fәrmanı ilә "Azәrbaycanın Milli Qәһrәmanı" fәxri adı almış (ölümündən sonra) İMAMVERDİ BARAT OĞLU ƏLİYEV 1950-ci ildә һәmin rayonun Kürdmaһmudlu kәnd orta mәktәbini bitirmişdir. Mәktәbi bitirdikdәn sonra İmişli rayonu Hәrbi Komissarlığının göndәrişi ilә Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildә qeyrәtli Vәtәn oğlu һәqiqi Hәrbi xidmәtә çağırılıb. 1972-ci ildә ordudan tәrxis olunduqdan sonra Bakı şәһәri Yasamal rayonunun Daxili İşlәr Şöbәsindә sürücü-milis nәfәri kimi işә başlayıb, oxumaq arzusu ilә 1973-1977-ci illәrdә Bakı Mailyyә-Kredit Texnikumunda tәһsil almışdır. Sonra Azәrbaycan Nәqliyyat milisinin Bakı xәtt milisindә işlәmişdir.

Zabit rütbəsi ilә 1980-ci ildә İmişli rayon DİŞ-dә müһafizә bölmәsindә baş inspektor vәzifәsindә çalışıb. 1987-ci ildәn İmişli rayonunda qanunçuluğun keşiyindә durub. Daһa sonra mәlum Qarabağ Һadisәlәri başladı. O zaman Cәbrayıl rayonunun müdafiәsindә dörd ermәni tankını mәһv edәn, Hadrud rayonunun Şaqax kәndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 28 nәfәr ermәni quldurunu yerә sәrәn İmamverdi ӘLİYEV özü dә şәһid oldu. Bütün bunlar 1991-ci il noyabr ayının 15-dә sәһәr çağı baş verdi.

İmişli sakinlәri bu gün İmamverdi Əliyev adı ilә ünvanlanmış küçədən iftixar һissi ilә keçirlәr. İmamverdi ӘLİYEVin doğulub boya-baş çatdığı Qulubәyli kәnd orta mәktәbi hal-hazırda igid döyüşçünün adını daşıyır. Biz һәlәlik İmamverdinin ruһu qarşısında çox borcluyuq. Sağlıq olsun, dünya düzəlsin, torpağımıza sülh vә әmin-amanlıq gəlsin. O zaman İmamverdi adı bizim nәsillәr üçün daһa böyük vәtәnpәrvәrlik mәktәbi olacaqdır.
 

— Paşayev Ülvi Əjdər oğlu
1970-ci ildə İmişli şəhərində anadan olub. İmişli şəhər 5 saylı orta məktəbini bitirmişdi. 1993-cü ilin iyun ayı Gəncə hadisələrinin şəhid oldu.

— Cəfərov Qarakişi Məhəmməd oğlu
1963-cü il yanvarın 22 –də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1970- 1980-ci illərdə qəsəbə orta məktəbində təhsil alıb. 1982-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olmuşdur. Q. M. Cəfərovun cəbhə yolları geniş bir ərazini əhatə etmişdir. 1994-cü ilin aprelin 15-i günü Bəhrəmtəpə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

— Əsədov Kamil Əsəd oğlu
1971-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1978-1988- ci illərdə qəsəbə orta məktəbində təhsil alıb. !989-1991-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1992-ci ilin dekabr döyüşləri Kamil Əsədovun son döyüşü olmuşdur.

— Nəsirov Çingiz Pencalı oğlu
1967-ci ilin ilk günü-yanvar ayının 1-i onun həyata gəldiyi gün, 27 ildən sonra isə-1994-cü ilin yanvar ayının 15-də şəhidlik günü oldu. 1993-cü ilin iyun ayında hərbi xidmətə könüllü yollanıb “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edən Ç. Nəsirovun döyüş yolu Ağdərə, Madagiz, dəstəgül. Danaşlı və s. kəndlərindən, döyüş bölgələrindən keçib. 1994-cü ilin yanvarın 15-də Lüləsaz uğrunda qızğın döyüş zamanı düşmənin başına od yağdıran Ç. Nəsirov ağır yaralanaraq şəhid olmuşdur.

— Əhmədov Elşən Cəbrayıl oğlu
1976-cı ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. 1994-cü ilin may ayında hərbi xidmətə yola düşən Elşən Əhmədov torpaqlarımızın bölünməzliyi uğrunda gedən döyüşlərdə 18 yaşında şəhid oldu. Olduqca qısa, lakin mənalı həyat yolu keçən Elşən Əhmədov Bəhrəmtəpə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

— Hüseynov Şaiq Məhyəddin oğlu
1970-ci il aprelin 17-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1977- 1985-ci illərdə Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil alıb. A.S Makarenko adına rus dili təmayüllü məktəbi isə 1987-ci ildə bitirmişdir. 30 yanvar 1993-cü ildə yenidən hərbi xidmətə - milli ordumuzun çağırışına getmişdir. Füzuli rayonu ərazisində Veysəlli, Qacar, Divanallar kəndləri uğrunda gedən döyüşlərin qabaqda gedən cəsur hərbiçilərindən biri olmuşdur. 1993-cü il iyulun 25-də Qaraməmmədli uğrunda gedən döyüş Şaiq Hüseynovun son döyüşü olmuşdur.

— Həsənov Dayandur Qardaş oğlu
1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. 1980- 1990-ci illərdə Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil alıb. 1991-ci ilin noyabrında hərbi xidmətini Moldovada başa vuran D. Həsənov Azərbaycana qayıdır. 1992-ci ilin avqust ayında cəbhəyə yollanır, bir ay keçməmiş sentyabrın 23-də Füzuli rayonunun Divanallar kəndi uğrunda gedən döyüşlərin cəsur əsgəri Dayandur Həsənov qəlpədən yaralanır, xəstəxanada müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdır.

— Dayandur Həsənov Qacar
Qaraxanbəyli, Şükürbəyli, Yuxarı Bəhmənli kəndlərində gedən döyüşlərdə iştrak etmişdir. Horadiz qəsəbəsinin azad olunmasında öz sərrast atəşi ilə neçə-neçə düşməni susdurmuşdur. Tərtər uğrunda gedən döyüşlərdə ağır yaralanır. Ömrünün 22-ci ilində əbədiyyətə qovuşan Dayandur Həsənov qısa, lakin mənalı bir həyat yolu keçərək şəhidlik zirvəsinə ucaldı.

— Qarayev Mehman Dilavər oğlu
1974-cü il yanvarın 21-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta məktəbi qurtardıqdan sonra 1992-ci ildə hərbi xidmətə yollanıb. Şahbulaq, Qiyaslı, Üçoğlan və düşmən məngənəsində olan digər ərazilərimizin müdafiəsində cəsurluq göstərir. Döyüşlərin birində baş nahiyəsindən yaralanan Mehman Qarayev təcili olaraq Bakı şıhırindəki bir saylı hərbi hospitala götürülür, lakin onu ölümün əlindən almaq mümkün olmur. 1993-cü ilin dekabr ayının 23-də torpaqlarımızın bütövlüyü uğrunda Mehman Qarayev şəhid olaraq əbədiyyətə qovuşur.

— Kərimov Rövşən Balay oğlu
1974-cü il fevralın 27-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1982- 1992-ci illərdə Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil alıb. 1992-ci il dekabrın 5-də həqiqi hərbi xidmətə çağırılır. Qazax rayonunun Xanlıqlar kəndindən başlayan döyüş yolu Kəlbəcərdə Murovdağ yüksəkliyinin zirvəsinə qədər davam etdi. Sonra isə Goranboy istiqamətindəki döyüşlərdə iştirak edir. 1994-cü il aprelin 14-də Rövşən Kərimov Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olmuşdur.

— Əliyev Camal Xasəməddin oğlu
1971-ci il mart ayının 17-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil aldıqdan sonra 123 saylı texniki peşə məktəbinin traktorçuluq kursunu bitirmişdir. Sovet ordusunda hərbi qulluqda olarkən Azərbaycanda baş verən hadisələri eşidir və hərbi xidməti yarımçıq qoyub Vətənə qayıdır. Qubadlı döyüş bölgəsinə göndərilən Camal Əliyev Güləbird, Səfiyan, Suarası kəndlərinin müdafiəsində iştirak edərək şəhidlik zirvəsini fəth etdi. Camal Əliyev 1992-ci ilin iyulun 28-də Bəhrəmtəpə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

— Xankişiyev Əliheydər Şahlar oğlu
1965-ci il mart ayının 22-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1982-ci ildə Sarıxanlı kənd orta məktəbin bitirmişdi. 1983-1985- ci il sovet ordusunda hərbi xidmətdən sonra 1987-ci ildə Bakı şəhərində milis şöbəsində işə girmişdir. 1990-cı ildə İmişli rayon milis şöbəsinə göndərilir. 1991-ci ildən tez-tez döyüş bölgələrində düşmənə qarşı savaşa atılan Əliheydər Xankişiyev elə həmin ilin noyabr ayının 14-də Cəbrayıl rayonunun müdafiəsi zamanı şəhid olmuşdur.

— Zamanov Müşfiq Zaman oğlu
1968-ci il dekabr ayının 11-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1975-1985-ci illərdə Sarıxanlı kənd 2 saylı orta məktəbində təhsil alıb. 1986-1988-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1994-cü ilin mart ayı döyüş yolunu bir çox səngərlərdən keçirən Müşfiq Zamanov Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində sona yetirdi. Mart ayının 7-də gedən döyüş zamanı aldığı ağır yaradan Müşfiq Zamanov şəhid oldu.

— Fərzəliyev Zahir Fərzəli oğlu
1974-cü il iyul ayının 1-də İmişli rayonunun Buludlu kəndində anadan olub. 1991-ci ildə Sarıxanlı kənd 1 saylı orta məktəbin bitirmişdi. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə- Canyataq, Gülyataq, Çıldıran, Fərrux dağı, Sırxavənd, Baş Güneypəyə, Orta Güneypəyə kəndlərinin düşməndən azad olunmasında şücaət göstərmişdir. 1993-cü ilin dekabr ayının 11-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində döyüş zamanı şəhid oldu.

— Quliyev Elşad Gülalı oğlu
1973-cü il oktyabr ayının 6-da İmişli rayonunun Buludlu kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə-döyüş bölgəsinə yollanır. Döyüş yolunu Ağdərədən başlayıb Füzuli rayonunun Horadiz uğrunda gedən döyüşlərdə sona yetirdi. 1994-cü ilin yanvar ayının 28-də Horadizin düşməndən azad edilməsi samanı Elşad Quliyev şəhidlik zirvəsinə ucaldı.

— Xəmmədov Elçin Bayram oğlu
1974-cü ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1994-cü ilin mart ayının 7-də Füzuli rayonunun Seyidəhmədli kəndinin müdafiə edərkən Elçin Xəmmədov ağır yaralanaraq əbədiyyətə qovuşur. Allahverdiyev İlham Yusif oğlu 1974-cü il mart ayının 7-də İmişli rayonunun Buludlu kəndində anadan olub. 1993-cü il aprel ayının 25-də Ağdərə döyüşlərində şəhid olmuşdur.

— Rüstəmov Teymur Rüstəm oğlu
1968-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1994-cü il aprelin 28-də Ağdam rayonunun Qərvənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

— Rüstəmov İbadət Səxavət oğlu
1975-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1994-cü il yanvar ayının 14-də Ağdərə döyüşlərində şəhid olmuşdur.

— Gözəlov Habil Hilal oğlu
1970-ci il mart ayının 17-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1994-cü il mart ayının 5-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

— Novruzov Vətən Cabbar oğlu
1974-cü il sentyabr ayının 9-da İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. Ağdərənin Zərdixan, Aterk kəndləri uğrunda qızğın döyüşdən sonra 1993-cü il 19 fevral günü son döyüşü olub. Sonrakı taleyi heç kimə məlum deyil.

— Mirişov Miriş İsfəndiyar oğlu
1973-cü ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1994-cü il mart ayında Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

— Məmmədov Vüqar Xanoğlan oğlu
1974-cü il aprel ayının 30-da İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1992-ci il iyun ayının 19-da hərbi xidmətə çağrılaraq Füzuli rayonunun kəndlərində sonra isə Ağdərə döyüşlərinə yollanıb. Marquşavan kəndi, Kasapet yüksəkliyində gedən döyüşlərdə, 1993-cü il iyun ayının 17-də şəhid olmuşdur.

— Qurbanov Adəm Rəşid oğlu
1974-cü ildə İmişli şəhərində anadan olub. 1981-ci ildə İmişli şəhər 34 saylı dəmir yol orta məktəbini bitirmişdi. 1993-cü ilin fevral ayının səkkizi. Ağdərə bölgəsi Mehmanə kəndinin müdafiəsi zamanı itkin düşmüşdür.

— Quliyev Yədulla Teymur oğlu
1973-cü ildə İmişli şəhərində anadan olub. 1990-cı ildə İmişli şəhər 2 saylı orta məktəbini bitirmişdi. 1993-cü il aprel ayının 2-də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.

— Cabbarlı Rəşad Tahir oğlu
1973-cü il mart ayının 18-də İmişli şəhərində anadan olub. 1990-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini bitirmişdi. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda döyüşlərdə iştirak edir. 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrundakı döyüşdə ölümündən bir az əvvəl bir düşmən maşınını partlatmış və beş düşmən quldurunu məhv edərək igidliklə şəhid olmuşdur.

— Həmidov Əli Hümbət oğlu
1971-ci il avqust ayının 6-da İmişli şəhərində anadan olub. 1987-ci ildə İmişli şəhər 34 saylı dəmir yol orta məktəbini bitirmişdi. 1989-cu ildə hərbi xidmətə çağırılıb. Cəsur qardaşlar-Əli Həmidov və İlyas Həmidov çox döyüşlərdə kürək-kürəyə verərək düşmənə tutarlı cavab vermişlər. Füzuli rayon döyüşlərinin birində düşmən tərəfdə döyüşən muzdlu zənci döyüşçüsünü tutub Bakı şəhərinə aparan da Həmidov qardaşları olmuşlar. Əli Hümbətov 1992-ci il dekabr ayının 23-də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.

— Nəsirov Nofəl Vaqif oğlu
1974-cü il avqust ayının 14-də İmişli şəhərində anadan olub. 1989-cu ildə İmişli şəhər 1 saylı orta məktəbinin 8-ci sinfini bitirmişdi. 1994-cü il yanvar ayının 20-də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.

— Əliyev Qamət Fərəc oğlu
1974-cü ildə İmişli şəhərində anadan olub. 1981-1991-cı illərdə İmişli şəhər 3 saylı orta məktəbini bitirmişdi. 1992-ci il iyun ayında torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.

— Bağırov Rövşən Əlmusa oğlu
1973-cü il avqust ayının 24-də İmişli şəhərində anadan olub. 1988-cı ildə İmişli şəhər 2 saylı orta məktəbini bitirmişdi. 1993-cü il fevral ayının 13-də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.

— Cəbrayılov Fikrət Allahverdi oğlu
1973-cü il fevral ayının 2-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. İmişli şəhər 1 saylı orta məktəbini bitirmişdi.1991-ci ilin dekabrında hərbi xidmətə çağırılıb. 1992-ci ilin oktyabr ayının 12-də Qazançı yüksəkliyinin alınması zamanı şəhid olmuşdur.

— Məmmədov Alış Alışan oğlu
1970-ci il yanvar ayının 17-də İmişli şəhərində anadan olub. 1988-cı ildə İmişli şəhər 4 saylı orta məktəbini bitirmişdi. 1992-ci ilin avqust ayının 15-də İmişlidə dəfn olunmuşdur.

— Məmmədov Mikayıl Cavadağa oğlu
1974-cü ildə İmişli şəhərində anadan olub. 1993-cü ilin fevral ayının 9-da torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.

— Soltanov Natiq Tofiq oğlu
1973-cü il iyul ayının 6-da İmişli şəhərində anadan olub. 1991-ci ildə İmişli şəhər 34 saylı dəmir yol orta məktəbini bitirmişdi. 1992-ci ilin may ayının 20-də həlak oldu.

— Dəmirov Münasib Məmməd oğlu
1971-ci ildə İmişli şəhərində anadan olub. 1988-ci ildə İmişli şəhər 34 saylı dəmir yol orta məktəbini bitirmişdi. 1994-cü ilin yanvar ayının 11-də Ağdərə rayonunun Akop Kamari kəndi uğrunda qızğın döyüşlər zamanı itkin düşmüşdür.

— Qarayev Sahib Əli oğlu
1956-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. 1974-cü ildə kənd orta məktəbini bitirmişdi. 1992-ci il iyun ayının 28-də Tuğ kəndi uğrunda qızğın döyüşlər zamanı ağır yaralanaraq hərbi hospitalda vəfat etmişdir.

— Həsənov Zəfər Əhli oğlu
1971-cı ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olub. 1988-cü ildə kənd orta məktəbini bitirmişdi. 1994-cü ilin yanvarın 19-da Susuz dağ döyüşləri zamanı şəhid olmuşdur.

— Paşayev Yaşar
1963-cü il sentyabrın 20-də İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. 1981-ci ildə kənd orta məktəbini bitirmişdi. 1992-ci ildə şəhid olmuşdur.

— İmanov Əbülfət Tərlan oğlu
1993-cü ilin mart ayı Ağdərə rayonundakı döyüşlər zamanı şəhid olmuşdur.

— Abbasov Hafiz Səlimxan oğlu
1974-cü ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olub. 1993-cü ildə kənd orta məktəbini bitirmişdi. 1994-cü il, 26 yanvar tarixdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrundakı döyüşlər zamanı şəhid olmuşdur.

— Aslanov Müseyib Yolçu oğlu
1974-cü ildə İmişli rayonunun Ağamallar kəndində anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirmişdi. 1994-cü il 19 yanvar tarixdə Qızıl qaya uğrundakı döyüşlər zamanı şəhid olmuşdur.

— Əsədov Səbuhi Əsəd oğlu
1969-cü ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. 1986-cı ildə kənd orta məktəbini bitirmişdi. 1994-cü il 23 aprel tarixdə döyüşlər zamanı şəhid olmuşdur.

— Əliyev Fazil Məmməd oğlu
1972-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. 1989-cu ildə kənd orta məktəbini bitirmişdi. 1992-cü ilin yayında şəhid olmuşdur.

— Əsədov Teymur Böyük oğlu
1970-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. 1992-ci ilin noyabrın 15-də Çıldıran uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Abbasov Amil Baxış oğlu
1970-ci ilin may ayının 20-də İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. 1993-cü ilin iyunun 20-də gedən döyüşlərdə şəhid olmuşdur.

— Cəfərov İltizam Möysüm oğlu
1973-cü ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. 1989-cu ildə kənd orta məktəbini bitirmişdi. 1994-cü ilin mart ayında gedən döyüşlərdə şəhid olmuşdur.

— Məmmədov Şahin Əhməd oğlu
1992-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. 1989-cu ildə kənd orta məktəbini bitirmişdi. 1991-ci ildə gedən döyüşlərdə şəhid olmuşdur.

— Rəhimov Fazil Şahləddin oğlu
1994-cü ildə gedən döyüşlərdə ürəyindən güllə yarası alaraq şəhid olmuşdur.

— Məmmədov Süleyman Quluş oğlu
1967-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1993-cü ilin 19 avqust ayında şəhid olmuşdur.

— Qurbanov Elman Şahlar oğlu
1974-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1994-cü ilin mart ayında şəhid olmuşdur.

— İsmayılov Tərlan İsmayıl oğlu
1988-ci ilin may ayının 11-də vəfat etmişdir.

— Əmiraslanov Yadigar Vəliqulu oğlu
1969-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1993-cü ilin noyabr ayında itkin düşmüşdur.

— Hüseynov İslam Heydər oğlu
1971-ci ildə İmişli rayonunun Oruclu kəndində anadan olub. 1992-ci ildə gedən döyüşlərdə şəhid olmuşdur.

— Abbasquliyev Arif Temir oğlu
1971-ci il oktyabr ayının 17-də İmişli rayonunun Oruclu kəndində anadan olub. 1991-ci ildə gedən döyüşlərdə şəhid olmuşdur.

— Qaraşov Sənan Hüseyn oğlu
1974-cü ildə İmişli rayonunun Oruclu kəndində anadan olub. 1994-cü ilin aprel ayının 27-də gedən döyüşlərdə şəhid olmuşdur.

— Mirzəyev Mahir Mirzə oğlu
1971-ci ildə İmişli rayonunun Məmmədli kəndində anadan olub. 1994-cü ildə gedən döyüşlərdə şəhid olmuşdur.

— Heydərov Elçin Ağaməmməd oğlu
1971-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 1994-ci ilin yanvar ayının 12-də Füzuli rayonu Yuxarı Əbdülrəhmanlı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Əsədov Vaqif Hüseyn oğlu
1975-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 1994-ci ilin yanvar ayının 17-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Quliyev Natiq Əşrəf oğlu
1974-cü ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 20-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Qurbanov Teyyub Həsən oğlu
1971-ci ildə İmişli rayonunun Oruclu kəndində anadan olub. 1992-ci ilin aprel ayının 2-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid oldu.

— Şükürov Rakif Şükür oğlu
1975-ci ildə İmişli rayonunun Telişli kəndində anadan olub. 1994-cü ilin aprel ayının 19-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Qambayev Zülfüqar Cümşüd oğlu
1972-ci ildə İmişli rayonunun Məmmədli kəndində anadan olub. 1994-cü ilin aprel ayının 23-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Əhmədov Nəriman Mahmud oğlu
1975-ci ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olub. 1994-cü il yanvar ayının 15-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid oldu.
— Qəhrəmanov Coşqun Aslan oğlu
1967-ci ilin noyabr ayının 10-da İmişli rayonunun Murğuzallı kəndində anadan olub. 1985-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini bitirmişdi. 1993-cü ildə könüllü olaraq cəbhəyə gedib.1994-cü ilin yanvar ayının 10-da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Şirəliyev Səftər Əziz oğlu
1968-ci ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olub. 1994-cü il sentyabr ayının 28-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Məcnunov Azər Feyzulla oğlu
1970-ci ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olub. 1993-cü ilin mart ayının 26-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid oldu.

— Şirməmmədov Teymur
1973-cü ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 9-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb.

— Əhmədov İlqar Usubəli oğlu
1973-cü ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olub. 1994-cü ilin fevral ayının 7-də Füzuli rayonunun Veysəlli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Qocayev Qənbər Yaşar oğlu
1975-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1994-cü ilin yanvar ayında Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Kazımov Araz Əfsəl oğlu
1971-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ilin avqust ayının 7-də Füzuli rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Quliyev Fərhad Abbas oğlu
1970-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub.

— Məmmədov Faiq Teyyub oğlu
1974-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olub. 1994-cü ilin aprel ayının 14-də Ağdam rayonu Salahlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Məmmədov Vüqar Fərəc oğlu
1973-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olub. 1993-cü ilin aprel ayının 4-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Alışov Rahib Məhərrəm oğlu
1974-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olub. 1993-cü ilin mart ayının 21-dən aprel ayının1-dək Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Heydərov Nağı Heydər oğlu
1966-cı ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1994-cü ilin may ayının 7-də Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Quliyev Xəyal Boyan oğlu
1972-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 30-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Mikayılov Nadir Adil oğlu
1975-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1994-cü ilin fevral ayının 3-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Abışov Namiq Aldost oğlu
1961-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1993-cü ilin dekabr ayının 15-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Məmmədov Rəfail Hətəm oğlu
1975-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1994-cü ilin mart ayının 24-da Ağdam şəhərinin Nəmirli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.

— Bayramov Ocaqqulu Ocaqverdi oğlu
1963-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1994-cü ilin may ayının 7-də Tərtər rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.

— Bayramov Lütfiyar Xudaverdi oğlu
1973-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. 1992-ci ilin mart ayının 23-də həqiqi hərbi xidmətə çağırılıb. Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.

— Abdullayev Rizvan Abbaz oğlu
1974-cü ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olub. 1993-cü ilin iyun ayının 1-də Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu
1974-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Abuzərov Bəhmən Abuzər oğlu
1964-cü i iyun ayının 16-da İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Babaşov Qafar Əlyar oğlu
1971-ci ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 17-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Aslanov Fikrət Əmiraslan oğlu
1973-cü ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olub. 1992-ci ilin oktyabr ayının 9-da Səfiyan kəndində itkin düşmüşdür.

— Ocaqov Nizam Atamoğlan oğlu
1977-ci ildə İmişli rayonunun Qulubəylı kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 13-də Füzuli rayonunun Şükürbəyli və Seydəhmədli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Tarıverdiyev Qoşqar Zülfəli oğlu
1973-cü ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olub. 1993-cü ilin mart ayında gedən döyüşlərdə şəhid olmuşdur.

— Qəhrəmanov Abbas İmamverdi oğlu
1971-ci ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olub. 1992-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Hüseynov Habil Heydər oğlu
1972-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olub. 1993-cü ilin yanvar ayının 15-də Ağdərənin Orta Güneypəyə kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

— Teymurov Emin Canbaxış oğlu
1975-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olub. 1993-cü ilin aprel ayının 24-də Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Abbasov Nəzər Gülkərəm oğlu
1971-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olub. 1993-cü ilin aprel ayının 08-də gedən döyüşlərdə şəhid olmuşdur.

— Nizami Adil oğlu

— İbayev Qəni Novruz oğlu
1973-cü ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olub. 1993-cü ilin iyun ayının 27-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— İbayev Nəbi Novruz oğlu
1973-cü ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olub. 1993-cü ilin iyun ayının 27-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

— Süleymanov Mehman Abasəli oğlu
1970-ci may ayının 13-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. . 1994-cü ilin yanvar ayının 14-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Bayramov Akif Rəvan oğlu
1968-ci ilfevral ayının 10-da İmişli rayonunun Nurulu kəndində anadan olub. 1994-cü ilin iyul ayından Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

— Mirzəyev Mübariz Fazil oğlu
1970-ci ildə İmişli rayonunun Mürsəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 25-29-da Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Atayev Azər Əşrəf oğlu
1975-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 14-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Məmmədov Rafiq Hüseyn oğlu
1965-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olub. 1995-ci ilin dekabr ayının 15-də Ağdam rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Həsənov Həsən Qurban oğlu
1968-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. 1992-ci ilin aprel ayının 18-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Əmirov Yaşar
1972-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olub. 1994-cü ilin aprel ayının 14-də Ağdam rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Mirəliyev Tariyel Rüstəm oğlu
1971-ci ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. 1992-ci ilin iyul ayının 12-də Əsgəran rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Əsədov Əlhəm Əsabil oğlu
1971-ci ildə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. 1994-cü ilin aprel ayının 16-da Tərtər rayonunun Marquşavan kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

— Mərdəliyev Qabil Əlağa oğlu
1975-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1994-cü ilin iyul ayının 30-da Ağdam rayonunun Əfətli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

— Məmmədov Kərəm Nurəddin oğlu
1975-ci il sentyabr ayının 21-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. 1994-cü ilin may ayının 28-də Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

— Əsədov İlham Qənbər oğlu
1976-cı ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olub. 1994-cü ilin aprel ayının 26-da Tərtər rayonunun Söyüdsulanlı kəndində gedən döyüşlərdə itkin düşmüşdür. olmuşdur.

— Hacıyev Rauf Əli oğlu
1965-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 10-da Ağdərə bölgəsində gedən döyüşlərdə şəhid olmuşdur.

 
Allah rəhmət eləsin!
 
 
 
© 2010, Imishli.com. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ana Səhifə | Ümumi informasiya | Tarixçəmiz | Fəxrlərimiz | Şəhidlərimiz | Fotoguşə | Arzu-İstəklər