Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın.
İltizam Əkbərli
İltizam Nizam oğlu Əkbərli 1957–ci ildə İmişli şəhərində anadan olmuşdur. Orta təhsilini 1 saylı orta məktəbdə almışdır. Azərbaycan Pedoqoji İnstitutunun tarix fakultəsini bitirmişdir. 1979-80-cı illərdə İmişli rayonunda müəllim, Gənc texniklər stansiyasının direktoru, 1982-90-cı illərdə rayon İcraiyyə Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1992-93-cü illərdə isə İmişli rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
AXC-nin İmişli rayon şöbəsinin sədri olmuşdur. Hal-hazırda Müsavat partiyasının İmişli rayon təşkilatının sədridir.
2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur.
Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.