Ana səhifə
İnformasiya
Tarixçəmiz
Tanınmışlar
Şəhidlərimiz
Fotoguşə
Arzu-İstəklər
 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İltizam Əkbərlinin fəaliyyəti
 
  Bir.AZ // Milli Axtarış Sistemi
 


 
Araz sahilində, İmişli

İmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisininin cənubundan keçir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır.


İmişli ərazisinin Muğan sahəsini İran Muğanından dövlət sərhədi ayırır. Rayon ərazisi düzənlik olduğundan müxtəlif dövrlərdə sərkərdələr, hökümdarlar bu yerlərdən düşərgə kimi istifadə ediblər. İmişli torpağı Manna, Urartu, Midiya, Atropatena, Qafqaz Albaniyası kimi qədim ölkələrin, xəzərlərin, farsların, ərəblərin, səlçuqların, monqolların, rusların, Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Nadir şahın, Qacarın və onlarla fateh sərkərdələrin hücum və hakimiyyətinin şahidi olub. Tarixi sənədlərə əsasən, 1220-1221-ci illərdə monqolların Azərbaycana birinci yürüşü zamanı onlar məhz Muğanda, indiki İmişli şəhəri ərazisində məskan salmışlar. Muxor, Yeddi Kurqan və s. təpələr də o illərin yadigarıdır.

Azərbaycan Respulikası xəritəsində İmişli İnzibatı rayonu
İnzibati rayon   İmişli rayonu
Əhalisi   108.000 nəfər
Ərazisi   1826 km2 (kv. km)
Bakı — İmişli   250 km
Yaranma tarixi   1930-cu il

Ərazi vahidləri
  Şəhər — 1
Qəsəbə — 1
Kənd — 48
Nəqliyyat vasitəsinin kodu  
30
Şəhərlərarası
telefon kodu
 
154
Poçt Kodu (Mərkəzi PÇ)  
AZ3000
    Daha ətraflı məlumat üçün buraya tıklayın.

Hal-hazırda İmişli rayonunda 108.000 nəfər əhali yaşayır. Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20%-ini işğala məruz qalıb) çixarılmış 50.000-ə yaxın məcburi koçkün yaşayır. Rayon əhalisinin 31.500 nəfərə yaxın İmişli şəhərində, 4.100 nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır. Rayonun 93.000 hektar əkinə yararlı torpaq sahəsi, 62.000 hektar otlaq sahəsi, 31.000 hektar suvarılan torpaq sahəsi ki, 29.000 hektar şum torpaq sahəsi vardır.

İmişli rayonunun mərkəzi İmişli şəhəridir. Əvvəllər kiçik bir kənd olan İmişli rayon mərkəzi olandan sonra sürətlə inkişaf etməyə başladı. O 1944-çı ildə şəhər tipli qəsəbə, 1960-cı ildə şəhər statusu aldı. İmişli şəhəri Araz çayının sol sahilində, Mil düzündədir. Azərbaycanın paytaxtı Bakı şəhərindən 250 kilometr məsafədə yerləşir.

Hazirda rayonda 3 neft-kimya sənayesi, 4 pambıq təmizlənməsi, 2 qum-çınqıl, 6 yeyinti sənayesi zavodu, bir neçə fabrik, keçmiş SSRİ məkanında analoqu olmayan Şəkər istehsalı zavodu fəaliyyət göstərir. İmişlidə 10.000 nəfərlik müasir stadion, 600 yerlik mədəniyyət sarayı, 100.000 kitab bazasına malik mərkəzi kitabxana, qədim antik eksponatları özündə cəmləşdirən tarix-diyarşunaslıq muzeyi, xüsusi arxitekturaya malik şahmat məktəbi, möhtəşəm Vəliyyül-əsr məçidi, Aranda ən böyük ticarət mərkəzi, yüzlərlə fərdi, sosial və inzibati binalar, unikal ağaclarla zəngin parklar, xiyabanlar, Böyük Vətən Müharibəsi, 20 Yanvar, 31 Mart qurbanlarının xatirəsinə ucaldılan abidələr bu gün hər bir imişli sakininin fəxr edə biləcəyi yerlərdəndir.
 
 

Studio.AZ Creative Team
© 2007, Imishli.com. Bakı, Azərbaycan.
Sayt Studio.AZ LLC şirkətinin təşəbbüsü ilə yaradılmışdır.
Saytın müəllifi, dizayn və qrafika — Pərvin Şükürzadə, mətn — Tural Həsənov.

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  Ana Səhifə | Ümumi informasiya | Tarixçəmiz | Tanınmışlar | Şəhidlərimiz | Fotoguşə | Arzu-İstəklər