Ana səhifə
İnformasiya
Tarixçəmiz
Fəxrlərimiz
Şəhidlərimiz
Fotoguşə
Arzu-İstəklər
 
 
   
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın.
 
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev
 
Qulam Əzimli
Qulam Əzimli
Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimidir.

Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökümət orqanlarında rəhbər vəzifələrdə işləmişdir.

Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir.

Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da onun xidmətləri az olmamışdır.

SSRİ Ali Soveti Rəyasət heyətinin “Əmək igidliyinə görə” medalı, “Fəaliyyətində əla xidmətlərinə görə” döş nişanı, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin “Fəaliyyətində əla müvəffəqiyyətinə görə” döş nişanı, “VI Ümumittifaq festivalının hazırlanmasında və keçirilməsində fəal iştirakına görə” xatirə nişanı ilə təltif edilmişdir.

1991-ci ildən hazırki vaxta qədər BDU-nun nəznindəki Dessertasiya Şurasının üzvüdür.

Elmi işlər
 
Microsoft Word Yaş və pedaqoji psixologiyanın
müasir problemləri (1-ci hissə)

Faylın həcmi: 1200 KB
Microsoft Word Yaş və pedaqoji psixologiyanın
müasir problemləri (2-ci hissə)

Faylın həcmi: 1350 KB
   
Diqqət, göstərilmiş fayllar Microsoft Word formatında əlavə edilib. Faylların düzgün açılması üçün aşağıda göstərilmiş fontların kompüterinizdə mövcudluğu mütləqdir. (Bunun üçün aşağıda göstərilmiş fontların üstünə tıklayıb, kompüterinizə yükləyin. Sonra "C:\WINDOWS\Fonts" ünvanında "FILE" menusuna daxil olub "Install New Font..." düyməsini seçmək lazımdır. Sonra göstərilmiş fontları seçib OK düyməsinə tıklayın.)

Fonts Aaalh Font family (ZIP Archive)
Faylın həcmi: 90 KB
 
 
 
© 2010, Imishli.com. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ana Səhifə | Ümumi informasiya | Tarixçəmiz | Fəxrlərimiz | Şəhidlərimiz | Fotoguşə | Arzu-İstəklər