Ana səhifə
İnformasiya
Tarixçəmiz
Fəxrlərimiz
Şəhidlərimiz
Fotoguşə
Arzu-İstəklər
 
 
   
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın.
 
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev
 
İmişli, Fəxrlərimiz

İmişli torpağında göz açmış və bütün Azərbaycanın fəxr edə biləcəyi şəxslər: (Əlifba sırası ilə, A-Z)

Elxan Şirinov mədəniyyət xadimi
İltizam Əkbərli dövlət xadimi
Niyaməddin Musayev mədəniyyət xadimi
Nuşirəvan Məhərrəmli dövlət xadimi
Qadir İsmayılzadə dövlət xadimi
Qəşəm Nəcəfzadə şair, ədəbiyyatşunas
Qulam Əzimli elm xadimi
Səyyad Aran dövlət xadimi
Simarə İmanova mədəniyyət xadimi
Xanhüseyin Kazımlı dövlət xadimi


Tanıdığınız və adı siyahıda olmayan digər fəxrlərimizin adını bura daxil etmək üçün xahiş olunur imishli@studio.az e-mail ünvanı vasitəsilə əlaqə saxlayın.

Daha ətraflı:
Qulam Əzimli
Qulam Əzimli
Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimidir.

Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökümət orqanlarında rəhbər vəzifələrdə işləmişdir.

SSRİ Ali Soveti Rəyasət heyətinin “Əmək igidliyinə görə” medalı, “Fəaliyyətində əla xidmətlərinə görə” döş nişanı, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin “Fəaliyyətində əla müvəffəqiyyətinə görə” döş nişanı, “VI Ümumittifaq festivalının hazırlanmasında və keçirilməsində fəal iştirakına görə” xatirə nişanı ilə təltif edilmişdir. 1991-ci ildən hazırki vaxta qədər BDU-nun nəznindəki Dessertasiya Şurasının üzvüdür.

Ətraflı məlumat üçün Qulam Əzimlinin fərdi səhifəsinə daxil olun.
 

İltizam Əkbərli
İltizam Əkbərli
İltizam Nizam oğlu Əkbərli 1957–ci ildə İmişli şəhərində anadan olmuşdur. Orta təhsilini 1 saylı orta məktəbdə almışdır. Azərbaycan Pedoqoji İnstitutunun tarix fakultəsini bitirmişdir. 1979-80-cı illərdə İmişli rayonunda müəllim, Gənc texniklər stansiyasının direktoru, 1982-90-cı illərdə rayon İcraiyyə Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-93-cü illərdə isə İmişli rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

AXC-nin İmişli rayon şöbəsinin sədri olmuşdur. Hal-hazırda Müsavat partiyasının İmişli rayon təşkilatının sədridir.

2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür.

Ətraflı məlumat üçün İltizam Əkbərlinin fərdi səhifəsinə daxil olun.
 

Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə
Qəşəm Mirzə oğlu Nəcəfzadə 1959-cu ilin aprel ayının 1-də Azərbaycan Respublikasının İmişli rayonunda anadan olub. 1981-ci ildə Pedoqoji Unversitetin ədəbiyyat şöbəsini bitirib. Uzun illər orta məktəb və unversitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, Uşaq ədəbiyyatı seksiyasının rəhbəri və "Təfəkkür" Unversitetində baş müəllimdir.


Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri Türk, Rus, Gürcü, İngilis, Polyak, Özbək, Alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 15 şeir, 1 hekayə və 1 elmi-publisistik kitabı basılıb. "Sevginin sonunu deməyin mənə" (Yazıcı, 1990), "Yatmış dəniz şəkli" (Gənclik, 1991), "Bir gəlin dalğa ilə yan-yana" (Göytürk, 1994), "Şeirimin bəxti" (Göytürk, 1995), "Gülümsəyən ağac" hekayələr (Göytürk, 1995), "Sevmək istəyirəm təzədən" (Göytürk, 1996), "Sən yadıma düşəndə" (Azərbaycan Dövlət Nəşriyyatı, 1997), "Əlvida dünyaya gələnə kimi" (Ozan, 1997) ,"Özümə doğru" (Azərbaycan Dövlət Nəşriyyatı, 1998), "Ömür kitabıma düzəliş" (Azərbaycan Dövlət Nəşriyyatı, 2003), "Və sairə" (Nurlar, 2004) "Hüseynbala Mirələmovun ədəbi həqiqətləri" (Yazıcı, 2005), "Qadının ölümü", Vektor 2007, "Axşam əhvalatları"- 2007 (ingilis dilində), "Çevrilmə"- 2007 (rus dilində) kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Ətraflı məlumat üçün Qəşəm Nəcəfzadənin fərdi səhifəsinə daxil olun.
 
 
Qadir İsmayilzadə
Qadir İsmayilzadə
Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan (Yerevan) şəhərində anadan olmuş,  1949-cu ildə indiki N. Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. Müəllim işlədiyi müddətdə bilik və bacarığı, qabiliyyət və istedadı ilə seçilən Q. İsmayılzadə sıravi müəllimlikdən İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir.



Onun səyi ilə rayonda maarif sahəsində, məktəblərin maddi bazasının möhkəmləndirilməsində, savadlı və layiqli gənclərin yetişdirilməsində az müddətdə ciddi dönüş baş vermişdir.

Qadir İsmayılzadə  1971-cu ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Tapşırılan bütün sahələrdə uğur qazanan, yüksək təşkilatçılıq bacarığı ilə fərqlənən Qadir İsmayılzadə  1978-cu ildə Azərbaycan KP İmişli Rayon Komitəsinin birinci katibi seçilmişdir. Bu vəzifədə çalışdığı illərdə o, bütün bacarığını, biliyini rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, tikinti-abadlıq işlərinin genişləndirilməsinə sərf etmişdir. Onun fədakar əməyi layiqincə qiymətləndirilmişdir. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə Şərəf Nişanı ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilən Q. İsmayılzadə xalq arasında böyük nüfuza malik olmuş, xeyirxah işləri ilə elin hörmətini qazanmışdı.

Uzun illər xalq maarifi, partiya-sovet işində çalışmış respublika əhəmiyyətli fərdi təqaüdçü  Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonar 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir.
İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.

Qadir İsmayılzadənin əziz xatirəsi imişlilərin qəlbində daim yaşayacaqdır.
 
 
 

Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
1960-cı ildə İmişli rayonunda anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.
1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitenin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub.


1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.

Evlidir. Üç övladı var.
 

Səyyad Aran
Səyyad Aran
Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində doğulmuşdur. 1958-ci ildə 1 saylı Imişli şəhər orta məktəbinə daxil olub, 1968-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1968-ci ildə V.İ.Lenin adına APİ-nin filologiya fakultəsinə qəbul olmuş, 1972-ci ildə həmin fakultəni bitirmişdir. Təyinatla Imişli rayonunun Qaralar (Əzizbəyov) kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi göndərilmişdir.

1973-74-cü illərdə 69626 №-li hərbi hissədə qulluq etmişdir. Ehtiyatda olan kapitandır. 

1974-cü ildən 1990-cı ilə qədər 1 saylı Imişli orta məktabində müəllim, dərs hissə müdiri , tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1990-cı ildə isə Imişli rayon xalq təhsili şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 

1991-92-ci illərdə Elmlər Akademiyasının "Elm" qəzetində şöbə müdiri, 1992-95-ci illərdə "Səs" qəzetində baş redaktorun birinci müavini işləmişdir. 

1995-ci ildə 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsində Azərbaycan Respublikası birinci çağırış Milli Məclisinə deputat seçilmişdir. 2000-ci il Noyabr ayının 5-də təkrar olaraq 67 saylı Zərdab-Imişli seçki dairəsində Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə deputat seçilmişdir.
Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır, 21 Noyabr 1992-ci ildən - YAP-ın təhsis konfrasından YAP Siyasi Şurasının üzvüdür.
1995-99-cu illərdə YAP ideologiya şöbəsinin müdiri , 200-ci ildən isə YAP Partiyalar arası Əlaqələr şöbəsinin müdiridir. 
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, 1978-ci ildən bədii və publisistik yazlarıyla Respublika mətbuatında "Körpü" (1983) hekayələr, " Soyuq Günəş" ( 1996) povestlər , "Xaosdan Sabitliyə" ( 1999 ) siyasi publisistik kitabları çap olunmuşdur.
 

Niyaməddin Musayev

Niyaməddin Musayev

Sənətə olan sevgi və maraq Niyaməddin Musayevi uşaq yaşlarindan bu yolu seçməyə təhrik edən amillərdəndir. Yaradıcılığına əsasən ilham duyğuları təsir edən müğənni, tanınmasının səbəbini xalqının onun sənətini qiymətləndirməsində görür. 17 yaşından profesional səhnədə olan sənətkar, əksər bəstəkar və ifaçıların yaradıcılığını xoşlayır. Onun 1987-ci ildə «Dünya sənin, dünya mənim», 1998-ci ildə «Vətən həsrəti» adlı albomları və bir diski buraxılmışdır.

1974-cü ildə «Şahnaz təsnifi» ifası ilə sənət aləmində daha çox tanınmışdır. 1968-ci ildə «Muğam-68» festivalının qalibi, 1991-ci ildə Naxçıvan əməkdar artisti, 1998-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülmüş və 2000-ci ildə « Şöhrət ordeni»nə təltif olunmuşdur. 1978-ci ildən «Röya» vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır.

1966-cı ildə ilk dəfə olaraq Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılmış və val buraxılmışdır. Dünyanın bir çox ölkələrində dövlət qostrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin, «Röya» vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət etmişdir.  Muğam ifaçısı olmuş N.Musayev, Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A,Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışmışdır.
 
 
 
© 2010, Imishli.com. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ana Səhifə | Ümumi informasiya | Tarixçəmiz | Fəxrlərimiz | Şəhidlərimiz | Fotoguşə | Arzu-İstəklər