Ana səhifə
İnformasiya
Tarixçəmiz
Fəxrlərimiz
Şəhidlərimiz
Fotoguşə
Arzu-İstəklər
 
 
   
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın.
 
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev
 
Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə
Qəşəm Mirzə oğlu Nəcəfzadə 1959-cu ilin aprel ayının 1-də Azərbaycan Respublikasının İmişli rayonunda anadan olub. 1981-ci ildə Pedoqoji Unversitetin ədəbiyyat şöbəsini bitirib. Uzun illər orta məktəb və unversitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, Uşaq ədəbiyyatı seksiyasının rəhbəri və "Təfəkkür" Unversitetində baş müəllimdir.


Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri Türk, Rus, Gürcü, İngilis, Polyak, Özbək, Alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 15 şeir, 1 hekayə və 1 elmi-publisistik kitabı basılıb. "Sevginin sonunu deməyin mənə" (Yazıcı, 1990), "Yatmış dəniz şəkli" (Gənclik, 1991), "Bir gəlin dalğa ilə yan-yana" (Göytürk, 1994), "Şeirimin bəxti" (Göytürk, 1995), "Gülümsəyən ağac" hekayələr (Göytürk, 1995), "Sevmək istəyirəm təzədən" (Göytürk, 1996), "Sən yadıma düşəndə" (Azərbaycan Dövlət Nəşriyyatı, 1997), "Əlvida dünyaya gələnə kimi" (Ozan, 1997) ,"Özümə doğru" (Azərbaycan Dövlət Nəşriyyatı, 1998), "Ömür kitabıma düzəliş" (Azərbaycan Dövlət Nəşriyyatı, 2003), "Və sairə" (Nurlar, 2004) "Hüseynbala Mirələmovun ədəbi həqiqətləri" (Yazıcı, 2005), "Qadının ölümü", Vektor 2007, "Axşam əhvalatları"- 2007 (ingilis dilində), "Çevrilmə"- 2007 (rus dilində) kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Qəşəm Nəcəfzadə 2007-ci ilin iyun ayında Avropada keçirilən  38-ci Beynəlxalq Poeziya yarışmasında qalib gələrək ilk dəfə olaraq Azərbaycan ədəbiyyatını Avropada yüksək səviyyədə təmsil etmişdir.Bu qələbəyə görə bu il şairin Hollandiyada holland və ingiulis dillərində kitabları çap olunmuşdur.

Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatına layiq görülüb. Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.

Kiçik fotoguşə
Şəkillərə böyük həcmdə baxmaq üçün lütfən üstünə tıklayın.
Fotogüşə Fotogüşə
Fotogüşə Fotogüşə
Fotogüşə Fotogüşə

Qəşəm Nəcəfzadənin yaradıcılığı
Faylı yükləmək üçün W işarəli şəkilə və ya aşağıdakı linklərə tıklayın.
Microsoft Word Şerlər (Realist)
Faylın həcmi: 120 KB
Microsoft Word Şerlər (Müxtəlif)
Faylın həcmi: 170 KB
Microsoft Word Şerlər (Qısa)
Faylın həcmi: 90 KB
Microsoft Word Şerlər (Sevgi)
Faylın həcmi: 140 KB
Microsoft Word Şerlər (Uşaq)
Faylın həcmi: 110 KB
Microsoft Word Poemalar
Faylın həcmi: 120 KB
Microsoft Word Hekayələr
Faylın həcmi: 100 KB
Microsoft Word Məqalələr
Faylın həcmi: 170 KB
   
 
 
© 2010, Imishli.com. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ana Səhifə | Ümumi informasiya | Tarixçəmiz | Fəxrlərimiz | Şəhidlərimiz | Fotoguşə | Arzu-İstəklər